Interposta.Info

Putin yaxın adamını Belarusa göndərdi

Siyasət
 24-08-2018, 11:33     10 398

Rusiya prezidenti Vladimir Putin Mixail Babiçi ölkəsinin Belarusdakı səfiri vəzifəsinə təyin edib.

Axar.az xəbər verir ki, Putinin sözügedən sərəncam hüquqi informasiyalar portalında yerləşdirilib.

Putin ikinci bir sərəncamla Belarusdakı hazırkı səfir Aleksandr Surikovu vəzifəsindən azad edib.

Xatırladaq ki, Mixail Babiç SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş işçisidir. O, bundan öncə "Antey" dövlət korporasiyası və Federal Təhlükəsizlik Xidmətinin tərkibindəki Sərhəd Xidmətinin sədr müavini olub. Babiç həmçinin 2003-2011-ci illər Rusiya Dumasının deputatı kimi fəaliyyət göstərib.

Babiç 2016-cı il iyulun ayında Ukraynaya səfir təyin edilsə də, rəsmi Kiyev Krım məsələsi səbəbindən onu "arzuolunmaz şəxs" elan edərək akreditəsindən imtina etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26