Interposta.Info

“ABŞ Xəzərdə hərbi baza açmaq istəyirdi, qarşısını aldıq...” -

Siyasət
 15-08-2018, 19:14     10 356

Həsən Ruhaninin çıxışından İranın yarırəsmi “Fars” agentliyi sitat gətirir

İran prezidenti Həsən Ruhani bu gün Tehranda hökumətin iclasında ötən bazar Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə danışıb. İran prezidenti bu sənədin imzalanması sayəsində ABŞ-ın və NATO-nun Xəzər dənizində hərbi baza açmaq planlarının qarşısının alındığını deyib:

“Xəzərin statusu barədə Konvensiyanın imzalanması ABŞ və NATO-nun qəsd planının qarşısını aldı”-İran prezidenti bildirib. Həsən Ruhani deyib ki, imzalanan Konvensiya ABŞ və NATO-nun mühüm regionun həyatına qarışmaq imkanlarını əlindən alıb.

“Qəsd planı bundan ibarət idi ki, Xəzər sahilinə Amerikanın və NATO-nun əsgərləri endirilsin, burada ABŞ-ın hərbi gəmiləri, onların vertolyotları və hərbi bazaları olsun”-Ruhani hökumət üzvləri qarşısında bildirib.

Sahil Babayev xidmət rəisini işdən çıxardı - İcra başçısının müavininə vəzifə verdi 14.08.2018

İran prezidenti məmnunluqla deyib ki, imzalanmış konvensiya kənar dövlətlərin gəmilərinin və hərbi bazalarının regionda mövcudluğunu istisna edir. Əldə edilmiş razılaşmaya əsasən Xəzərdə bütün gəmilər ancaq Konvensiyanı imzalayan ölkələrin bayraqları altında üzə bilər. Onun sözlərinə görə, Konvensiyanın regional təhlükəsizlik üçün çox böyük əhəmiyyəti var.

Həsən Ruhani qeyd edib ki, Konvensiya Xəzərə dair bütün mübahisəli məsələlərin hamısını həll etməsə də danışıqlar davam etdiriləcək. “Biz bütün məsələləri danışıqlar və ancaq danışıqlar yolu ilə həll etməliyik”-o deyib. (Virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26