Interposta.Info

Türkiyə prezidenti: "Bütün dövlətləri İsrailə qarşı hərəkətə keçməyə çağırıram”

Siyasət
 24-07-2018, 14:55     10 432

“Bütün dövlətləri İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm”.

APA-nın “Ahaber”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının yığıncağında deyib.

Ərdoğan qeyd edib ki, Fələstin bölgənin ən məzlum coğrafiyasıdır: “İsrailin həyata keçirdiyi hücumlar cinayətidir. İsrail bu hücumları ilə terror dövləti olduğunu yenidən göstərib. Əsl vəhşətli olan isə dünyanın fələstinliləri görməzdən gəlməsidir. Hadisələrdə ölən tək bir İsrail əsgəri üçün bütün dünya hərəkətə keçir. İsrail, qadın, uşaq, yaşlı demədən qarşısına çıxan hamını vurub, yaralayaraq, insanların evlərini başlarına yıxıb, fələstinliləri yaşadıqları yerdən çıxarmağa çalışır”.

Türkiyə prezidenti daha sonra "Dünyanı fəlakətə uğradan Hitlerin ruhu israilli idarəçilər arasında yenidən xortlayıb", - deyə bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26