"Ərdoğanın əsas məqsədi Türkiyə daxilindəki siyasi problemləri ikinci sıraya keçirməkdir"
"Bu toplantıdan sonra qəbul olunacaq istənilən nəticə gələcəkdə xristian dünyasını daha ağıllı qəralar çıxarmağa sövq edəcək"
ABŞ prezidenti Donald Trampın İsrailə yeni paytaxt "beh"ləməsi gerçəkdən son günlər dünya mediasının baş xəbərinə çevrilib. Obrazlı desək, bir dəli quyuya bir daşı atıb, min ağıllı indi onu çıxara bilmir...
Amma deyəsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sinəsini qabağa verib Trampın əslində islam dünyasına atdığı bu daşa sanballı cavab hazırlamaq qərarına gəlib və buna görə də sabah dünyanın müsəlman ölkələrinin rəhbərlərini bir konfransa dəvət edib.
Amma belə fikirlər də var ki, Ərdoğan İslam dünyasını Türkiyəyə konfransa dəvət etməklə əslində müsəlman-xristian münaqişəsinə rəvac verəcək. Eyni zamanda iddia edilir ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü Trampı və İsraili qınayıbsa bu konfransa gərək yox idi...
Tanınmış politoloq Cümşüd Nuriyevsə fərqli düşünür.
"XeberBiz" xəbər verir ki, Moderator.az-a açıqlamasında politoloq deyir ki, islam dünyasının toparlanması və vahid mövqe ortaya qoyması baxımından sabahkı konfransdan onun gözləntiləri çoxdur:
"Bu ehtimal daha çox Qərbin tərəfdarları tərəfindən irəli sürülür. Amma R.T.Ərdoğan mövcud vəziyyətdən yararlanmaq istəyir. Onun əsas məqsədi Türkiyə daxilindəki siyasi problemləri ikinci sıraya keçirməkdir. Qaldı ki, müsəlman-xristian qarşıdurması, buna çoxdan ABŞ və Vatikan rəvac veriblər. D. Trampın qərarı həm də İsrail dövlətinin məhvinə də yönəldilmiş ola bilər. Çünki Rokfeller və başqa yəhudi əsilli milyarderlər son illərdə qızıl ehtiyatlarını Çinə daşıyırlar. Eyni zamanda, imkanlı yəhudi ailələri Avropaya köç etməyə başlayıblar. ABŞ-ın iqtisadi durumunun ağır olduğu bir zamanda atılan bu addımlar cavabsız qala bilməz. Məhz H.Kissencer 2012-ci ildə bildirmişdi ki, yaxın 10 ildə İsrail dövləti Yer üzündən silinəcək. Bu sözlər ABŞ-dan qızıl ehtiyatlarının və köçün başlamasından iki il sonra dilə gətirilmişdi.
BMT TŞ-nın 14 üzvünün ABŞ-ın əlehinə qərar verməsi və D.Trampı qınaması isə hələ məsələnin həlli demək deyil. Sabah Ankarada toplanacaq müsəlman ölkələri həm dünyaya yeni bir mesajdır. Çünki zaman-zaman müsəlman ölkələri həmrəylik göstərə bilmədikləri üçün siyasi meydanda tək qalırlar. Bu toplantıdan sonra qəbul olunacaq istənilən nəticə gələcəkdə xristian dünyasını daha ağıllı qəralar çıxarmağa sövq edəcək. BMT hal-hazırda ABŞ-ın "cibində" olan bir beynəlxalq təşkilat kimi "siyasi reanimasiyadadır".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26