Interposta.Info

Estoniya XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət
 16-11-2017, 11:04     9 920

Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycana səfərə gələcək.

interposta.info-ın Report-a istinadən məlumatına görə, S.Mikser "Asiya qəlbi" - İstanbul prosesi çərçivəsində 7-ci nazirlər toplantısında Avropa İttifaqını (Aİ) təmsil edəcək.

Xatırladaq ki, Estoniya hazırda Avropa İttifaqı Şurasının sədridir.

Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26