Interposta.Info

BƏƏ-nin energetika naziri Azərbaycana gələcək

Siyasət
 11-03-2019, 18:01     10 359

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui martın 17-də Azərbaycana səfər edəcək. Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, əl-Məzrui martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Nazir BƏƏ nümayəndə heyətinə rəhbərlik edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26