Interposta.Info

Elmar Məmmədyarov İtaliyaya səfər edib

Siyasət
 23-10-2017, 12:58     9 258

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.

XİN-nin mətbuat xidmətindən interposta.info-a verilən məlumata görə, nazir oktyabrın 24-25-də ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.

Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26