Interposta.Info

İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi

Siyasət
 5-10-2017, 21:00     10 481

Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı Xəzər Zafir oğlu İbrahimi Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

O, bu postda ötən ay geri çağırılmış Faiq Nüsrət oğlu Bağırovu əvəzləyib.

Qeyd edək ki, İlham Əliyev Xəzər İbrahimi ötən ayın 12-də Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırmışdı. O, əvvələr Xəzər İbrahim Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26