Interposta.Info

Azərbaycan Əfqanıstana yeni səfir təyin etdi (SƏRƏNCAM)

Ölkə
 28-07-2021, 11:51     155

Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.

"İnterPosta"xəbər verir ki, sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26