Interposta.Info

Putin Qərbin qorxduğu "müharibə oyunları"nı izlədi

Siyasət
 18-09-2017, 21:33     10 413

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Belarus ordularının keçirdiyi və Qərb ölkələrinin narahat olduğu "Zapad-2017" birgə strateji təlimini izləyib.

Axar.az xəbər verir ki, Leninqrad bölgəsindəki Lujski poliqonuna gedən Putin paraşütçüləri və "müharibə oyunları"nın bir qismini müşahidə edib.

Putini Rusiya Müdafiə naziri Sergey Şoyqu müşayiət edib. Şoyqu təlimə 50 ölkədən 95 xarici müşahidəçinin nəzarət etdiyini bildirib.

Qeyd edək ki, "Zapad" təlimi Rusiyanın qərbi, Belarus, Kalininqrad və Baltik dənizindəki hərbi poliqonlarda keçirilir. 12.700 əsgərin iştirak etdiyi təlim sentyabrın 20-də başa çatacaq. Təlimi yaxından təqib edən NATO təlimdə təxminən 100 min əsgərin iştirak etdiyini və nüvə tutumlu balistik raketlərin istifadə edildiyini iddia edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26