Interposta.Info

Rusiya NATO-nu bu ölkədən vuracaq –

Dünya
 29-05-2017, 20:18     1 548

Rusiya ilk dəfə olaraq “İskəndər-M” raket kompleksini MDB-də terrorizmlə mübarizə üzrə keçirilən təlimdə itirak üçün Tacikistana göndərib.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, Rusiyanın mərkəzi hərbi dairəsinin komandanı, general Vladimir Zarudniskiy “İskəndər-M”lərin təlim zamanı dağlarda terrorçuların şərti bazalarını vuracağını açıqlayıb.

Lakin Rusiyanın “İskəndər-M”ləri Tacikistana göndərməkdə bir sıra hədəfinin olduğu ehtimalı irəli sürülür.

Tacikistan Əfqanıstanla həmsərhəddir. “İskəndər-M”lərin Tacikistandakı rus bazasına yerləşdirilməsi terrorçuların Mərkəzi Asiyaya girişinin qarşısını kəsə bilər. Lakin əsas hədəfin Əfqanıstanda yerləşən NATO güclərinin olduğu deyilir. Raketlərin yerləşdiyi ərazi də əfqan torpaqlarındakı NATO bazalarına yaxındır.

Bundan əvvəl Rusiya Tacikistandakı hərbi bazasına “Su-24M” bombardmançı təyyarə, “Mi-8” və “Mi-24” hərbi vertolyotlar da göndərib. General Vladimir Zarudniskiy isə bildirib ki, Rusiya Tacikistandakı hərbi bazasını “Qasırğa” RSZO hərbi texnikası ilə də möhkəmləndirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26