Interposta.Info

"Necə də ağır bir qonşu ilə üz-üzə qalmışıq"

Siyasət
 11-09-2017, 07:28     10 378

Necə də ağır bir qonşu ilə üzbəüz qalmışıq. Tarix onlara hələ də heç öyrətməyib, XXI əsr bunlar üçün deyilmiş. Hələ də özlərini Azərbaycanın dövlət müstəqilliyinin olmadığı dövrdəki kimi hiss edirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sentyabr ayının 8-də Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün yekunları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin müsahibəsini şərh edərkən yazıb.

"Bir insan kimi mənim üçün Qareginin din xadimi, yoxsa hərbi -siyasi xadim olduğu maraqlıdır. Din xadimi sülhdən, humanitar məsələlərin vacibliyindən, xalqlar arsında sülh siyasətindən danışar. Ermənistan din rəhbəri isə özünün fikirləri ilə Ermənistan generallarından və irticaçı siyasətçilərindən fərqlənmir".

Aydın Mirzəzadə vurğulayıb ki, ermənilər hələ də Azərbaycanın öz suveren hüquqlarının qorunması üçün əzmlə səy göstərdiyini görmək istəmirlər:

"Ancaq Ermənistanın siyasi, hərbi, dini rəhbərlərinin nə xülyalarla yaşadığı və özlərini nəyə inandırdıqları dövlətimizi maraqlandırmır. Artıq dünyada nüfuzlu dövlətlərdən biriyik, diplomatik mərkəzlərdən birinə çevrilmişik. Ermənistan isə özünün reallıqdan uzaq ideyaları ilə daim problemlər içində çabalayacaqdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26