Interposta.Info

“Saakaşvili inqilabbazlıq edir” - Ukraynada qarşıdurma təhlükəsi/ ŞƏRH

Siyasət
 17-08-2017, 20:12     10 426

"Mixeil Saakaşvili özünün də bəyan etdiyi kimi sentyabrın 10-da Ukraynaya gələrsə, qarşıdurma yarana bilər”.

interposta.info xəbər verir ki, bu sözləri BakuPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, bir müddət əvvəl Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvilinin Ukraynaya gəlişi ilə bağlı bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Saakaşvili hüquq-mühafizə orqanları tərəfindən saxlanıla bilər:
"Mən Mixeil Saakaşvilini dəyərli insan hesab edirəm. Amma düşünürəm ki, normadan artıq inqilabbazlıq edir və axına qarşı üzmək taktikası seçib. Siyasətçi praqmatik olmalıdır və siyasi proseslərin məntiqinə uyğun hərəkət etməlidir. Saakaşvilinin indiki hərəkətlərini məntiqə uyğun saymaq olmaz. Belə hesab edirəm ki, o, daha ehtiyatlı addımlar atmağa başlamalı və avantürizmə meyillənməməlidir. Onun Ukraynaya gəlməklə bağlı qərarını təqdir etmirəm. Çünki Poroşenko qanunazidd hərəkət edibsə belə, o, Avropa məhkəməsinə qədər getməli və məhkəmənin qərarını gözləməliydi. Amma bu cür addımları inqilabbazlıqdır və heç də onun arzuladığı nəticələrlə yekunlaşmayacaq.

Vətəndaşlığı yoxdursa sərhəd qanunlarını pozduğu üçün siyasi və yaxud hüquqi məsuliyyət yarada bilər və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanıla, daha sonra isə deportasiya oluna bilər”.
“Saakaşvili inqilabbazlıq edir” - Ukraynada qarşıdurma təhlükəsi/ ŞƏRH


Politoloq qeyd edib ki, Ukraynada sabiq qubernatorun tərəfdarlarının sayı kifayət qədərdir:
"Əhalinin milliyyətçi kəsimi onu müdafiə edir. Amma oliqarxlar və digər kateqoriyadan olan şəxslər ona qarşı birləşiblər.

Tərəfdarları onu qarşılanmağa çıxarsa, müəyyən qarşıdurmalar yarana bilər. Buna görə onun Ukraynaya bu cür gəlişi təhlükəlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26