Interposta.Info

ABŞ-dan İrəvana xəbərdarlıq:

Siyasət
 7-08-2017, 12:21     10 026

ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya, Gürcüstan və Monteneqroya səfərləri çərçivəsində həmin ölkələrə ABŞ prezidenti Donald Trampın “Rusiya təcavüzünə qarşı sizi qorumağa hazırıq” mesajını çatdırıb.

Axar.az xəbər verir ki, tanınmış amerikalı analitik Pol Qobl bu mesajın eyni zamanda İrəvana da verilmiş bir xəbərdarlıq olduğunu deyib.

Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın təşkil etdiyi layihələrdə iştirak edən istənilən ölkəni cəzalandırmağa imkan verəcək.

“ABŞ zaman keçdikcə İrəvana tez-tez Rusiya-Ermənistan münasibətləri və Rusiya təcavüzü prizmasından baxmağa başlayacaq. Əgər Ermənistan Rusiyanı müdafiə etsə onda çətin ki, ABŞ-la münasibətləri inkişaf etsin”, - Qobl bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26