Interposta.Info

Rus politoloq İrəvanda Bakıdan nələr danışdı?!

Siyasət
 10-06-2017, 12:11     637

Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırmağı bacarıb, özünü enerji resurslarının etibarlı tədarükçüsü kimi sübut edib.

Axar.az xəbər verir ki, bunu İrəvanda təşkila edilən “Qafqaz 2016” konfransında çıxışı zamanı rusiyalı politoloq Sergey Markedonov söyləyib.

“2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu əfv etdi. Onlardan 14-ü beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu sayılırdı. Amnistiya imkan verdi ki, Bakı ilə Qərbin münasibətlərindəki gərginlik ortadan qalxsın.

Azərbaycan 2016-cı ildə həmçinin özünün cənub qonşusu İranla da dialoqunu aktivləşdirdi. Martda Azərbaycan Prezidenti İlham Əliyev Tehrana səfər etdi. Avqustda isə Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə sammit baş tutdu. Doğrudur, Bakı və Tehran arasında fikir ayrılığı tam ortadan qalxmayıb, lakin bu, iki qonşunun əməkdaşlığı inkişaf etdirməyə mane olmur”, - deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26