Interposta.Info

Hillari Klinton:

Siyasət
 2-06-2017, 17:41     1 182

ABŞ-ın keçmiş dövlət katibi və 2016-cı il seçkilərində Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton hər yerdə seçkilərdə uduzmasının səbəbləri və bunun ABŞ üçün törədəcəyi təhlükələr barədə danışır.

Artıq rəsmi şəxs olmadığı üçün bir çox məsələlər barədə sərbəst fikir yürütmək imkanı olan Klintonun hədəfində iki şəxs, daha doğrusu, iki prezident var - Vladimir Putin və Donald Tramp

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Klinton ABŞ-ın “Recode” portalına verdiyi müsahibədə Rusiyanın müxtəlif texnologiyalardan istifadə edərək onun prezident seçilməsinə mane olduğunu dilə gətirib.

Keçmiş dövlət katibi Rusiya xüsusi xidmət orqanlarının sosial şəbəkələr vasitəsilə onun haqqında minlərlə saxta məlumatlar yayaraq insanların beyninə təsir göstərdiyini iddia edib.

“Rusiya agentləri Facebook və Tvitterdən saxta hesablar tərəfindən yayılan milyonlarla botlarla (komputer istifadəçisinin interfeysinə gələn avtomatik informasiya proqramı-red) mənim haqqımda saxta məlumatlar yaydılar. Bu mənim imiciminin kifayət qədər zədələnməsinə imkan yaratdı”, - Klinton bəyan edib.
Hillari Klinton:


Hillari Klinton öz tərəfdarlarına ABŞ-ın 17 kəşfiyyat strukturunun məruzəsini diqqətlə oxumağı məsələhət görüb.

“Moskva sosial şəbəkələrdə reklam bloklarını satın alaraq saxta xəbərləri aparıcı saytların reklam səhifələrində yerləşdirməyə nail oldu. Xüsusilə son illərdə onlar məlumatlar bazasını kütləvi surətdə alırdılar. Öncələr ruslar bundan bazara təsir göstərmək və ya kəşfiyyat işi üçün daxili məqsədlər naminə istifadə edirdilər. Hazırda isə bunu beynəlxalq səviyyədə tətbiq edərək, informasiyanı silaha çevriməyi bacardılar”.

Klinton Donald Tramp və onun tərəfdarlarını Moskvanın bu istəyinə yardım göstərməkdə ittiham edib. “Ruslar, əgər onları yönləndirən olmasaydı bu qədər məlumatı effektiv şəkildə tətbiq edə bilməzdilər.
Hillari Klinton:


Onlar mənim seçki qərargahımın rəhbəri Con Podestanın şəxsi poçtuna girib oradakı məlumatları oğurladılar. Daha sonra isə Infowars tipli (Trampın yaxın müşaviri Stiv Bennona aiddir-red.) saytlar vasitəsilə onun heç bir ciddi məzmun kəsb etməyən məktubları haqqında dəhşətli hay-küy qopardıar”.

Klintonun fikrincə, kampaniyanın gedişində respublikaçıların qərargahı tərəfindən yığılan statistik məlumatlar və Rusiya tərəfindən əlavə oluuan effektiv metodla dezinformasiyaların yayılması ilə bağlı gözəl əməliyyat həyata keçirilib. “Bütün bunların hamısı WikiLeaks, Guccifer 2.0 və DC Leaks portalını idarə edən Rusiyanın hərbi kəşfiyyatı tərəfindən idarə olunub”, - Klinton əlavə edib.

Hillari Klinton onu haqqında kompromatların seçkidən sonra birdən-birə yoxa çıxdığına diqqət çəkib. “Çünki iş uğurla başa çatdırıldı”.
“Putin bizi məhv etmək istəyir. O, DTK-nın keçmiş agentidir. Mənim həmişə onunla münaqişəm olub. Lakin onun düşmənçiliyi daha dərindir və mənə olan nifrət hisslərindən daha çoxdur”, - keçmiş namizəd yekunda qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26