Interposta.Info

Bakını idarə etmək istəyən kimlərdir:

Siyasət
 25-05-2017, 09:40     822

Heç bir halda hansısa bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına, ölkəmizə hansı siyasəti yürütməyi diqtə etməsinə imkan verilməyəcək.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, hazırda bu istiqamətdə Azərbaycanın daxili və xarici siyasətində çox ciddi addımlar atılır:

“Azərbaycanın müstəqil dövlət quruculuğu prosesi tək ölkəmizin deyil, eyni zamanda, xaricdə müəyyən dairələrin də diqqət mərkəzindədir. Bu, dost münasibəti və Azərbaycanın inkişafına kömək məqsədi güdəndə əlbəttə ki, Azərbaycan həmin qüvvələrlə əlaqələri gücləndirməyə və birlikdə fəaliyyət göstərməyə həmişə hazırdır. Ancaq çox təəssüf ki, bu marağın bir qismi birbaşa ölkəmizi nəzarət altında saxlamaqdan, Azərbaycanın maraqlarına uyğun istiqamətlər üzrə dinamik hərəkətini yönləndirməkdən ibarətdir”.
Millət vəkili hazırda bəzi qüvvələrin Azərbaycanda “5-ci kolon” yaratmaq planları ilə bərabər, beynəlxalq aləmdə ölkəmiz əleyhinə qarayaxma kampaniyasını gücləndirdiyini vurğulayıb:

“Azərbaycanı hədəfə almaq istəyən qüvvələrin ölkəmizə qarşı bu cür münasibəti dünya tarixində birinci dəfə deyil. Vaxtaşırı xaricdən müəyyən dövlətlər, dairələr bu və ya digər ölkəni maraqlarına uyğun olaraq özlərinin forpostuna çevirmək, onun təbbi sərvətlərindən istifadə etmək və geosiyasi vəziyyətindən öz məqsədləri naminə istifadə etməyə çalışırlar. Ancaq Azərbaycan 1993-cü il 15 iyundan - Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən müstəqil daxili və xarici siyasət yeritməyi özünü inkişaf xəttinin əsas prioritet istiqaməti kimi ortaya qoydu. Bu siyasi kurs isə hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ölkə başçısı birmənalı şəkildə bildirib ki, heç bir halda hansısa bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına, ölkəmizə hansı siyasəti yürütməyi diqtə etməsınə imkan verilməyəcək. Hesab edirəm ki, bu təkcə bir bəyanat kimi səsləndirilməyib. Əgər maraqlarımız üst-üstə düşərsə və ümumi maraqlar aspektindən birgə fəaliyyət lazım gələrsə, Azərbaycan hər zaman əməkdaşlığa açıqdır. Əks təqdirdə, Azərbaycana qarşı yönəlik siyasət, müstəqilliyimizi zəiflədən və Azərbaycanın apardığı siyasəti kiminsə siyasi kursuna uyğun hərəkət etdirməyə çalışmaq cəhdləri cavabsız qalmayacaq.

Əlbəttə ki, Azərbaycan özünün müstəqilliyini bütün səviyyələrdə qoruyacaq və lazımı addımları atacaq. Bütün dünya artıq birmənalı şəkildə özü üçün aydınlaşdırıb ki, Azərbaycan hansısa dövlətin əlaltısı olmaq və təbii sərvətlərini kiminsə nəzarəti altına vermək fikrində deyil. Azərbaycan dövlət quruculuğunu beynəlxalq hüquq normaları, mehriban qonşuluq və qarışılıqlı maraqlar əsasında qurub və siyasətimiz bundan sonra belə davam edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26