Ərdoğan bu gün Trampla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Donald Trampla görüşmək üçün Vaşinqtona rəsmi səfər edib
Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, Ərdoğanın qalacağı "Blair House" otelin qarşısında təhlükəsizlik gücləndirilib.
Otelin önünə yığışan ABŞ-da yaşayan türkləri isə Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb. O prezidentin 14 saatlıq yol gəldiyini vurğulayaraq çox yorğun olduğunu və dincəldiyini deyib.
Qeyd edək ki, Türkiyə və ABŞ dövlət başçılarının görüşü bu gün yerli vaxtla 19:40-da gerçəkləşəcək.
İlk müzakirə məsələsi isə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə geri qaytarılması və Vaşinqtonun PKK-nın Suriya qolunu silahla təchiz etməsi olacaq.
Görüşdə ABŞ-da həbsdə olan iran əsilli azərbaycanlı iş adamı Rza Zərrab məsələsinin də müzakirəsi ehtimal edilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26