Interposta.Info

Qarabağdan Əfqanıstana qədər... -

Siyasət
 11-05-2017, 07:28     577

Fransada Emmanuel Makronun prezident seçilməsi Moskvanın ürəyincə olmadı. Buna görə də ruslar Makrona “qarşılıqlı etibarsızlığın öhdəsindən gəlməyə və beynəlxalq sabitliyin təminatı üçün səyləri birləşdirmək” çağırışı etdi. Kremldə anladılar ki, Makrona qarşı çıxış etməklə səhv ediblər. Çünki Fransanın yeni prezidenti fransız sağçıların təqdim etdiyi və Moskvada hesab edildiyi kimi heç də “atlantizm” tərəfdarı deyil, Rusiyanın əhəmiyyətini də yaxşı bilir. Ruslar həm də onu anladılar ki, onların düşündüyü kimi Avropa tam, bütöv deyil. İndi Moskva Makronla barışmaq niyyətindədir.

Publika.az xəbər verir ki, “The Huffington Post” nəşri Paris və Moskvanın yaxınlaşmasına səbəb ola biləcək 4 məsələni təqdim edib:

1. Paris-Berlin-Moskva oxu: Makron əvvəldən Trampın hərbi ritorikasını tənqid edir və onun İrana qarşı siyasətini qəbul etmir. Hesab edir ki, Fransanın milli maraqları İran və Səudiyyə Ərəbistanı ilə eyni münasibətləri saxlamağı tələb edir. Əgər ruslar siyasi iradə göstərərdə, bu Paris-Berlin-Moskva oxunum yaranmasına səbəb ola bilər. Hansı ki, vaxtilə Berlin və Moskva bunu etmişdi.

2. İŞİD-lə mübarizə: Fransa terrorçuların hədəfindədir və yeni prezident onlara qarşı sərt siyasət yerinə yetirməlidir. Bu məsələdə Moskva və Paris eyni hərəkət edə bilər.

3. Qarabağ münaqişəsi: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün Fransa nəsə edə bilər, lakin Rusiya olmadan ciddi nəticənin əldə ediləcəyini düşünmək yanlış olardı. Münaqişənin “dondurulmuş” qalması Moskvanın xeyrinə idi, lakin müharibə alovu qızışır. Bölgədə yeni müharibə isə Rusiya üçün problemlər yarada bilər. Fransa və Rusiya regionun ən böyük problemini həll etmək üçün razılaşa bilərlər.

4. Əfqanıstan: Bu ölkədə amerikalılar müharibədən başqa heç nə edə bilməyib. Rusiya Çin, eləcə də İran və Pakistanla birləşərək, alternativ sülh təklif edir. Fransa da bu prosesə dəstək verə bilər, hansı ki, özünün milli maraqlarına uyğundur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26