Interposta.Info

Stratfor: “Rusiya Bakı və İrəvanla oynayır”

Siyasət
 27-03-2017, 13:20     513

“Rusiyanın aktivliyinin artdığı Balkanlar yeni döyüş arenasına çevrilib”

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında "Stratfor" analitik şirkətinin vitse-prezidenti Reva Qujon söyləyib.

"Rusiya Monteneqroya təsir etməklə onun NATO-ya inteqrasiyasına mane olmağa çalışır. Əgər biz Rusiya ilə Serbiyanın münasibətlərinə baxsaq, o zaman Rusiyanın Belqrada dəstəyinin artdığını görərik. Bu isə öz növbəsində Kosovanın müdafiə qabiliyyətini artırmaq təlabatını yaradır. Bu, həmçinin avropalıları da narahat edir. Rusiya üzərindən sanksiyaların götürülməsi üçün yeni hərbi oyunların getdiyi teatrlara can atır.

Moskva bununla Qərbin diqqətini cəlb etmək istəyir. Ona görə də Balkanlar Moskva üçün çox məntiqli yerdir. Üstəlik, Qafqazda, Dağlıq Qarabağda maraqlı tendensiya var. Rusiya burada Ermənistan və Azərbaycanla oynayır. Burada hərbi eskalasiya üçün potensial var. Rusiyanın məqsədi bu konfliktdə və danışıqlarda mövqeyini gücləndirməkdir", - deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26