Interposta.Info

“Etimadı doğrultmaq üçün

Siyasət
 14-03-2017, 12:06     552

bitmap-img6


Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünən ölkə başçısı tərəfindən təltif olunmasına münasibət bildirib

 


O, sosial şəbəkədə belə bir müraciət yayıb:

"Əziz və hörmətli yaxınlar, dostlar, həmkarlar, tanışlar!

Azərbaycan Prezidentinin sərəncamı ilə "Şərəf” ordeni ilə təltif olunmağım münasibəti ilə mənə ünvanladığınız xoş sözlərinizə, təbrik və mesajlarınıza interaktiv cavab verə bilmədiyim üçün hər birinizdən üzr istəyirəm. İş rejimim imkan vermədiyindən bunu edə bilmədim. Hesab edirəm ki, məni başa düşərsiniz. "Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Ən xoş arzularla hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun”. 
 
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26