Interposta.Info

Rusiyadan Ramiz Mehdiyevə böyük mükafat - "Şərəf" ordeni

Ölkə
 26-04-2018, 11:01     10 396

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

BakuPost Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib:

"Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26