Interposta.Info

“Vəziyyət aprel müharibəsinin təkrarlanmasına doğru gedir“ -

Siyasət
 2-03-2017, 13:19     554

“Vəziyyət aprel müharibəsinin təkrarlanmasına doğru gedir“ -

Son vaxtlar Dağlıq Qarabağda baş verən qanlı toqquşmalar Rusiya politoloqlarının, tanınmış şəxslərinin diqqət mərkəzindədir. Onlar Ermənistanı münaqişə zonasında gərginliyi artırmaqda, danışıqlar masasına oturmamaqda günahlandırırlar.

interposta.info istipress-ə istinadən xəbər verir ki, bu dəfə rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov “Vestnika Kavkaza” saytına müsahibəsində Ermənistanın ötən il baş verən Aprel müharibəsindən ciddi nəticə çıxarmadığını bəyan edib.

Onun sözlərinə görə, 11 ay əvvələ qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün real perspektivlər var idi.

“Beynəlxalq vasitəçilər tərəflərin ortaq məxrəcə gəlməsi üçün böyük səy göstərdilər. Lakin payız aylarından sonra Ermənistanın danışıqlar masasından yayındığının şahidi olduq. İrəvanın danışıqları deyil, gərginliyi artırmaq yolunu seçməsinin kuliminasiya nöqtəsi ötən ay Dağlıq Qarabağda keçirilən “referendum” oldu. Bu geriyə dönüşü olmayan addımdır. Çünki rəsmi Bakı terrorçu “Artsax”la (Dağlıq Qarabağ – red.) heç vaxt danışıqlar aparmayacaq. Bunu birmənalı şəkildə mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Bundan sonra yalnız müharibə. Rəsmi İrəvanın günahı ucbatından Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli şansı qalmadı”, - Oleq Kuznetsov bildirib.

Siyasi müşavir bundan sonra Qarabağda lokal döyüşlərin sayının artacağını, hətta cəbhədə aviasiya qüvvələrindən istifadə olunacağını qeyd edib.

“Görünən odur ki, hazırda artilleriya döyüşləri gedir, iri çaplı silahlar və pulemyotlardan istifadə olunur. Növbəti dəfə ağır hücum silahları işə düşəcək və mümkündür ki, cəbhədə aviasiya qüvvələrindən istifadə olunsun. İndi vəziyyət aprel müharibəsinin təkrarlanmasına doğru gedir. O vaxt da yanvar ayından Qarabağda, iki dövlətin sərhədində gərginlik artmağa başlamışdı”, - ekspert bildirib.

“İşğal olunmuş rayonların azad edilməsi, qaçqın və məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılması üçün diplomatik görüşlərin keçirilməsini nə stimullaşdıra bilər?” sualına Oleq Kuznetsov belə cavab verib:

“Hesab edirəm ki, bu prosesdə artıq xaricdən stimul lazım deyil, çünki doplimatlar bütün təkliflər arsenalını ortaya qoyublar. Rəsmi Bakının İrəvanla “referendum”dan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparacağının mümkünlüyünə inanmıram. Üstəlik, Sarkisyan yeni bəyanat verdi ki, Ermənistan Qarabağdan imtina etməyəcək. “Dağlıq Qarabağ respublikası” danışıqlar obyekti kimi mövcud deyil, hətta bu qondarma respublkanı heç kim tanımır, Ermənistanın özü də. Artıq bu münaqişənin bir həll yolu qalır – müharibə. Sülh danışıqlarının davam etməsi üçün Ermənistan silahlı bölmələri bütün işğal olunmuş torpaqları tərk etməlidir, münaqişənin nizamlanmasının başqa yolu yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26