Interposta.Info

“Milli qüvvələr birləşərək

Siyasət
 28-02-2017, 15:39     529

“Milli qüvvələr birləşərək

"İlham Əliyev iclas keçirdikdən 5 dəqiqə sonra videosu ermənilərin əlində olur"

“İlham Əliyev Avropaya səfər edən kimi daxildə və xaricdə olan satqın qüvvələr yenə öz məkirli planlarını həyata keçirməyə başladı.”

interposta.info bildirir ki, bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, prezidentə böyük təzyiqlər var:

İlham Əliyev Avropada mühim görüşlər keçirən kimi satqınlar növbəti dəfə iç üzlərini ortaya qoydu. Bunlar mənim qardaşımın siyasi-iqtisadi islahatlar aparmasını istəməyən qüvvələrdi. Bu şəxslər istər cəbhədə, istərsə də daxildə aranı qarıdşırmaqla məşğuldu. Yeri gələndə adlarını müxalifət qoymuş satqınlarla əlbir olub prezidentə qarşı addımlar atırlar. Ölkədə sürətlə bahalaşma, işsizlik baş alıb gedir, müxalifət isə heç bir tədbir görmür, ayda ildə bir dəfə bəyanat verirlər. Prezidentin ətrafı da müxalifət kimi xəyanətkardı. Mən dəfələrlə demişəm. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdikdən 5 dəqiqə sonra iclasın videosu ermənilərin əlində olur. Bütün bu informasiyaları ermənilərlə qohumluğu olan şəxslər çatdırır düşmənlərimizə. Azərbaycandakı milli qüvvələr birləşərək ölkəmizi işğalçı məmurlardan azad etməlidir. Bir-iki nəfərlə islahatlar mümkün olmayacaq. Prezident hökuməti buraxmalıdı. Qarşıdan prezident seçkiləri gəlir. Xalqın qarşısına müsbət işlərlə çıxmaq lazımdır. Mənim prezident seçkilərində iştirakıma artıq sosial sifariş var. Partiyamıza axın güclənməkdədi. Mən öz başıma qərar verə bilmərəm, partiyamızın siyasi şurası var, onların qərarından sonra addım atılacaq. Mən əminəm ki, bu seçkilərdə ya mən, ya da mənim dəstək verəcəyim şəxs qalib gələcək.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26