Interposta.Info

"Orden alanların hamısı medallarını bir qutuya yığıb..."

Ölkə
 20-05-2017, 07:38     406

"Azərbaycan hakimiyyəti daxilində orden medal alanlar bu saat böyük sevinc içərisindədir.

interposta.info xəbər verir ki, Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, öləmizin rusiyadakı diaspora nümayəndəliyinin ləv olunması medal alanları sevindirirb:


"Ölkə başçısı son müşavirədə 5-ci kolona barmaq sirkələdi. Bundan dərhal sonra Rusiyada olan diasporamızın qeydiyyatı ləğv edildi. Kimə də məlum olmasa mən çox gözəl bilirəm ki, bizdəki müxalifət kimlərlə əməkdaşlıq edir, 5 ci kolona necə qulluq edir. Orden alanlar sevinc içindədir belə düşünürlər ki, Rusiya Azərbaycan münasibətləri gərginləşəcək. Amma onlar yanılır. Qardaşım İlham Əliyevin bu çətin regionda apardığı strateji siyasəti bu qocalar evi sabotaj edə bilməyəcək. Bu insanlar bilsin ki, onların kimiyini mən çox gözəl bilirəm. Azərbaycanda və xaricdə olan anti İlham Əliyev koalisiyasının üzvləri bu gün birləşib. Prezident İlham Əliyev islahatların ciddi anonsunu verdikdən sonra bu ünsürlər ölkəmizə qarşı fəaliyyətə başladı. Bunlar həm də ermənilərlə əlbirdilər. Bizdəkilər isə sakit oturblar, orden alanların hamısı medallarını bir qutuya yığıb aparıb ruslara geri qaytarmalıdırlar. Rusiyada ölkəmizə qarşı kampaniya aparılanda bizim ictimaiyyət susqunluğunu qoruyur. Telekanallar bütün günü çal-çağır verir, bizə yemək bişirməyi öyrədir. Bu çox pis haldır."

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26