Interposta.Info

ABŞ İrana hücum edərsə… -

Siyasət
 4-02-2017, 10:14     684

ABŞ İrana hücum edərsə… -
ABŞ hazırda İranın Yaxın Şərqdə artan rolundan razı deyil.

interposta.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə daxil olan qətnaməni şərh edən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Konqresə qətnamənin daxil olması hələ qəbul ediləcəyi anlamına gəlmir:

“Mümkündür ki, ABŞ belə bir qətnamənin qeydə almaqla İrana qarşı müəyyən təzyiq elementləri əldə etmək istəyir. Amma bir məqam da var ki, hətta bu qətnamə qəbul edilsə belə, Amerikanın, ələlxüsus da indi, İrana hərbi müdaxiləsi real deyil. Bu, sadəcə, gələcəkdə qəbul edilməsi mümkün ola biləcək sanksiya və qətnamələr üçün əsas rol oynaya biləcək. ABŞ hazırda İranın Yaxın Şərqdə artan rolundan razı deyil və son zamanlarda ABŞ-İran münasibətlərinin şərhini məhz bu kontekstdən vermək olar”.

Qeyd edək ki, Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs ABŞ Konqresinə “İrana qarşı gücdən istifadəyə icazə” adlı qətnamə təklif edib. Qətnamədə bildirilir ki, prezident İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün, lazım gələrsə, Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə edə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26