Çavuşoğlu: PKK liderləri İrana qaçır, orada gizlənir
PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar zamanı qruplaşma liderləri tez-tez qanunsuz yollarla İrana keçir və burada gizlənirlər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu bütün bunların İranın terrorçuları dəstəklədiyi anlamına gəlmədiyini də qeyd edib.
“İran həmçinin özünə qarşı da ünvanlanmış PKK təhlükəsini çox gözəl başa düşür”, - Çavuşoğlu bildirib.
XİN rəhbəri bütün qonşu ölkələrin PKK-ya qarşı vuruşmalı olduğunu vurğulayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26