Rusiyadan Qarabağ açıqlaması:

Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Moskvadakı görüşü konstruktiv keçib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
“Yeni görüşlər təbii ki, olacaq. Hələlik onların qrafiki formalaşdırılmayıb, amma onlar, sözsüz ki, baş tutacaq. Dağlıq Qarabağ məsələsi Rusiya xarici siyasəti üçün prioritetdir, ona görə də bu məsələdə əlaqələr davam edəcək. Bu məsələ həssasdır”.
Qeyd edək ki, Rusiya XİN rəhbəri yanvarın 19-da ermənistanlı həmkarı Edvard Nalbəndyanla, yanvarın 24-də isə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşlər Moskvada baş tutub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26