Interposta.Info

Abşeronda sakinlərinin etirazı: Kənd təsərrüfatı torpağında nəhəng anbar tikilir? - VİDEO

Paradoks / Manşet
 21-05-2026, 12:34     397

Abşeronda sakinlərinin etirazı: Kənd təsərrüfatı torpağında nəhəng anbar tikilir?

​Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nüsrət Kəsəmənli küçəsinin sakinləri yaşadıqları ərazidə aparılan irimiqyaslı tikinti işlərinə qarşı ayağa qalxıblar. 15-dən çox ailə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq iri tutumlu obyektin inşa edildiyini iddia edir.

​Goldmedia.az xəbər verir ki, sakinlərin sözlərinə görə, tikinti ilə bağlı Prezident Administrasiyası və Abşeron Rayon İcra Hakimiyyəti daxil olmaqla, bütün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər olunub. Narazı vətəndaşlar aidiyyəti orqanların bu qanunsuzluqdan xəbərdar olduqlarını, lakin işə göz yumduqlarınıda iddia edirlər:

​"Sıravi vətəndaş evinin ətrafına bircə daş qoyan kimi Abşeron Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi dərhal gəlib onu uçurur. Amma kənd təsərrüfatı torpağında ucalan bu boyda nəhəng tikintini görməzdən gəlirlər."

​Sakinlər kənd təsərrüfatı təyinatlı torpaqda fundamental tikinti işlərinin aparılmasının qanuna zidd olduğunu vurğulayaraq, prosesin dərhal dayandırılmasını tələb edirlər.

​Məsələ ilə bağlı tikinti aparan sahibkar Əliyev İbadla əlaqə saxlanılıb. O, səsləndirilən iddiaları təkzib edərək tikintinin tamamilə qanuni olduğunu bildirdi:

​Çıxarış mövcuddur: Tikinti aparılan torpaq sahəsinin rəsmi mülkiyyət sənədi var.

​İcazə alınıb: İşlər müvafiq dövlət qurumlarının icazəsi ilə həyata keçirilir.

​ Tikilən obyekt şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş anbardan ibarətdir.

​Goldmedia.az olaraq xatirladırıq ki, hazırda ərazidəki gərginlik və tərəflər arasındakı mübahisə davam edir. Aidiyyəti qurumların məsələyə rəsmi reaksiya verəcəyini gözləyirik.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26