25-Gündür xəbər yoxdur: Osmanovlar ailəsi Prezidentə və Fövqəladə Hallar Nazirinə müraciət edir (VİDEO+FOTO)
25 Gündür Xəbər Yoxdur: Osmanovlar ailəsi Prezidentə və Fövqəladə Hallar Nazirinə müraciət edir
Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayan Osmanovlar ailəsi böyük narahatlıq və kədər içindədir. Ailə üzvü, Osmanov Rahib Ramiz oğlu balıq tutmaq məqsədilə getdiyi Pirallahı rayonunun Gürgan qəsəbəsindən Xəzər dənizinə gedib və itkin düşüb. Artıq 25 gündür ki, ondan heç bir xəbər alınmır.
Goldmedia.az müraciət edən ailə üzvləri çarəsiz qaldıqlarını bildirərək, axtarış işlərinin daha da intensivləşdirilməsini xahiş edirlər. Onlar səslərinin ölkə rəhbərliyinə və müvafiq icraedici orqanlara çatdırılmasını istəyirlər:
"Bizim tək istəyimiz qardaşımızın tapılmasıdır. Cənab Prezident İlham Əliyevdən və Fövqəladə Hallar Naziri Kamaləddin Heydərovdan xahiş edirik ki, Rahib Osmanovun tapılması üçün köməklik göstərilsin, axtarış tədbirləri genişləndirilməsin."
Məlumata görə, Rahib Osmanov Pirallahı rayonu, Gürgan qəsəbəsi sahillərindən dənizə balıq tutmağa yollanıb və həmin vaxtdan bəri onunla əlaqə kəsilib. Yaxınları ötən bu müddət ərzində hər hansı bir izin tapılmamasından ciddi narahatlıq keçirirlər.
Ailə həmçinin ictimaiyyətdən və hadisə şahidi ola biləcək şəxslərdən dəstək gözləyir. Rahib Osmanovu görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən dərhal müvafiq dövlət qurumlarına və ya ailəyə məlumat vermələri xahiş olunur.
Ümid edirik ki, dövlət qurumlarının çevik müdaxiləsi ilə Rahib Osmanov tezliklə tapılar və ailəsinə qovuşar.
Rahib bəyin fotosu: Ailə ilə əlaqə nömrəsi: +994 55 814 40 03

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





