Ağdamda vətəndaşla icra hakimiyyəti arasında mübahisə böyüyür - VİDEO
Vətəndaşla Ağdam rayon icra hakimiyyəti arasında mübahisə durmadan böyüyür.
Goldmedia.az xəbər verir ki, Ağdam rayon Çullu kənd sakini İsmayılov Vəli Alı oğlu Ağdam rayon icra hakimiyyətinin kanalımıza verdiyi açıqlamaya etiraz olaraq yenidən çıxış edərək Media TV-nin efirində yayımlanmasını istəmişdir.
Vətəndaşın müraciətini nəzərə alaraq, etdiyi iddialara görə Ağdam rayon icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Əkbərov Zahid Sərdar oğlu ilə əlaqə saxladıq. Amma qarşı tərəf münasibət bildirmək istəmədi.
Ağdam rayon Çullu kənd sakini İsmayılov Vəli Alı oğlunun sözügedən çıxışını olduğu kimi təqdim edirik.
Goldmedia.az sözü gedən kadırları təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





