Interposta.Info

Masazırda zibil dizə çıxır - Bələdiyyə və icra hakimiyyəti susur - Fotolar

Paradoks
 22-01-2026, 14:25     46 147

"Abşeron rayonunun Masazır qəsəbəsində zibil dizə çıxır"

Bu barədə qlobal.az-a Masazır qəsəbəsinin Toğrul Nərimanbəyov küçəsinin sakinləri şikayət ünvanlayıblar.

Sakinlər hər ay pul ödədiklərinə baxmayaraq, tullantıların mütəmadi daşınmadığını, ərazidə ciddi antisanitariya vəziyyətinin hökm sürdüyünü deyirlər.

Dəfələrlə Masazır bələdiyyəsinə, Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyən sakinlər müraciətlərinə baxılmadığını bildirirlər.

Sakinlərin digər şikayəti yolların palçıqlı olması, adi bir yağışda yolların keçilməz olması barədədir.

Qlobal.az məsələ ilə bağlı Masazır bələdiyyəsindən mövqe öyrənməyə çalışsa da, zənglərə cavab verilmədi.

Mövzunu diqqətdə saxlayacağıq.







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26