Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi (FOTO)

Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
"İnterPosta" Tribunainfo.az-a istinadən xəbər verir ki, fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.
Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.
Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.
Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.
Zəka Mirzəyev
Şahin Əliyev
Mail Məmmədov
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26