Interposta.Info

"Yaşıl ada"da şişirdilmiş hesabı ödəməkdən imtina edənləri sahibkar həbs etdirir - Şərə düşmək istəyən bu restorana üz tuta bilər

 

Paradoks
 5-03-2024, 21:00     33 973

"Yaşıl ada"da şişirdilmiş hesabı ödəməkdən imtina edənləri sahibkar həbs etdirir - Şərə düşmək istəyən bu restorana üz tuta bilər

Bakunews.az xəbər verir ki, 1991-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuş Pirvəli Əkbərov (ad-soyad şərti) 28 fevral 2024-cü il tarixdə "Yaşıl ada" restoranında yeyib-içdikdən sonra hesabı ödəməyib və çıxıb getmək istəyərkən restoranın müdiriyyəti ilə mübahisə edib.

Belə ki, Pirvəli Əkbərov iş yoldaşları ilə birlikdə Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən "Yaşıl ada" restoranına gedib. Orada yeyib-içdikdən sonra hesabın 157 manat olduğunu öyrənib. Əslində isə normalda həmin şəxsin sifarişi cəmi 87 manat təşkil edib. İçkinin təsirində olduğun görən restoran sahibi şəxsin hesabını şişirdərək ona 157 manat ödəməli olduğun bildirib. Ağsu sakini isə haqsız tələb edilən məbləği ödəməkdən imtina edib. Bundan sonra restoran sahibi ilə aralarında mübahisə yaranıb. Müştəri hesabı ödəməkdən imtina edib.

Daha sonra hadisə yerinə polis çağırılıb. Restorana gələn polis əməkdaşları onu şöbəyə aparıblar. Bu zaman Pirvəli Əkbərov polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Pirvəli Əkbərov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

- Qeyd etmək lazımdır ki, hər gün bu restoranda qonaq olan müştərilərə qıraq masalarda əyləşən xanımların masa hesabıda yüklənir. Odur ki ayıq sayıq olan müştərilər məsələnin izahın tələb etdikdə söhbət əsnasında düş olan müştəriyə qarşı təzyiq edilir. Bunu görən normal adam reaksiya verdikdə isə restoran sahibinin işarəsi ilə işçilər müştəriyə hücum çəkir. Kütləvi dava dalaşa səbəb yaradan restoran sahibi isə kriminal aləmlə sıx əlaqəsinin olması hər kəsin ondan şikayət verə bilməməsinə gətirib çıxarır.
Keçən yazımızdada qeyd etdiyimiz kimi restoran Vergi qanunlarına tabe olmayan qaydalarda fəaliyyəti onun dövlət büdcəsindən oğurladığı milyonlar hesabına bütün neqativ əməlləri örtbasdır etdirir. Bəs restoranın qanuni vergide öhdəlik götürən şəxs bu məsələlərə görə həbs ediləcəyinin fərqində deyil? Arzu bəy kimlərinsə sözü ilə restoranın icarədarı kimi sənədlərdə özün göstərərkən bunun müqabilində nə əldə edib?

Diqqətinizə çatıraq ki, rəsmi sənədlərdə Arzu adlı şəxsin adına olan restoranın əslində real sahibi Kamal kimi tanınan Füzuli Alıyev və qardaşı Kamaləddin Məmmədov tərəfindən idarə edilir.

Mövzuya qayıdacağıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26