Interposta.Info

Məşğulluq Xidmətindən vətəndaşa xəstə heyvanlar verilib (VİDEO)

Paradoks
 23-11-2023, 09:41     22 106


Qabil Baxşıyev adlı şəxs Sabirabadın Qasımbəyli kəndində yaşayır.
O, özünüməşğulluq proqramından yararlanmaq üçün 5 ilə yaxın müddət gözləyib. 2018-ci ildən növbədə olan Qabil Baxşiyev nəhayət 15 gün əvvəl  3 baş iribuynuzlu heyvan və 800 kiloqram yem ilə təmin olunub.

Lakin vətəndaş məşğulluq xidməti tərəfindən ona təqdim olunan heyvanların xəstə və yarasız olduğunu bildirir.

Qabil Baxşıyev hazırki heyvanların ona fayda verəcəyini güman etmir.

Vətəndaşın şikayəti ilə bağlı Dövlət Məşğullu Agentliyindən "Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşın ona verilən heyvanlardan narazı olması barədə Məşğulluq filialına hər hansı müraciəti daxil olmayıb.

Qeyd edilir ki, özünüməşğulluq proqramı iştirakçıları aktivləri özləri seçərək götürürlər. Vətəndaşlara aktivlər keyfiyyətindən razı qaldığı halda verilir və aktivləri təhvil-təslim aktını imzalayaraq qəbul edirlər. Vətəndaş təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri ən geci 30 gün ərzində Məşğulluq filialına təqdim etməlidir. Bu materiallar mütəxəssisin iştirakı və rəyi ilə tərtib edilməlidir. Qabil Baxşıyevə də bu prosedur haqqında məlumat verilib. Müraciəti olduğu təqdirdə mütləq şəkildə baxılaraq qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26