Interposta.Info

Arxitektura Komitəsi müsabiqə keçirmədən tenderləri İctimai Şuranın üzvünə verir

Paradoks
 3-11-2023, 15:14     33 110

Komitə müsabiqə keçirmədən tenderləri İctimai Şuranın üDövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən keçirilən tenderin qalibi məlum olub.

"İnterPosta" yeniavaz.com-a istinadla xəbər verir ki, ümumi dəyəri 685 min 200 manat olan 3 tenderin qalibi "Bureau Mühit” MMC (VÖEN – 2006792941) olub.

Tender Kəlbəcər rayonunun Çıraq və Otaqlı, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri ilə bağlıdır.
Qeyd edək ki, tenderin qalibi olan "Bureau Mühit” MMC-nin qanuni təmsilçisi Bayramov Toğrul Şahin oğlu eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

"Bureau Mühit” MMC 2021-ci ilin iyun ayınının 18-də dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alındıqdan cəmi 12 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elan etdiyi "Qədim Qarabağın yenilənən siması” adlı memarlıq müsabiqəsinin qalibi olub.

Onu da bildirək ki, "Bureau Mühit” MMC daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi 5 tenderin qalib olub və Komitədən 5 kəndin (Şəlvə, Zar, Xudafərin, Ərikli və Kürdhacı) şəhərsalma əsaslandırılmasının hazırlanması işləri üçün 1 milyon 260 min manat pul alıb.

Məlumat üçün bildirək ki, tenderlərin heç biri açıq müsabiqə vasitəsiylə keçirilməyib. Komitə müsabiqə keçirmədən, bir mənbədən satınalma üsulu ilə sifarişləri "Bureau Mühit” MMC-yə verib.

"Dövlət satınalmaları haqqında” Qanunun 21-ci maddəsində tenderlərin hansı halda bir mənbədən satınalma üsulu ilə keçiriləcəyindən bəhs olunur. Həmin maddənin tələblərindən belə görünür ki, yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini bir mənbədən satınalma üsulu ilə almaq başa düşülən deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26