Interposta.Info

Xırdalan şəhər 1, 9 nömürəli Tam Orta Məktəbin müəlliminin rüşvət iddiaları gündəmdə - Nazirlik nə deyəcə? + VİDEO

Paradoks
 11-06-2023, 19:35     889

Xırdalan şəhəri 1 nömürəli Tam Orta Məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları gündəm olub.

Xırdalan şəhər 1, 9 nömürəli Tam Orta Məktəbin müəlliminin rüşvət iddiaları gündəmdə - Nazirlik nə deyəcə? + VİDEO

"İnterPosta"nın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı görüntülər əks olunub. Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Daha ətraflı Media TV-nin təqdim etdiyi sujetində:



Şəhər 9 saylı məktəbində 4-cü sinif şağirdləri müəllimlərinin ad gününü belə qeyd ediblər:


Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26