Interposta.Info

Azərbaycanda qeyri-adi sinif otağı-

Ölkə
 3-09-2018, 08:18     10 715

Mingəçevirdə 20 saylı orta məktəbin çağrışaqədərki hazırlıq müəllimi sinif otağını qeyi-adi düzəldib. Sinifdə hərbi geyimdə olanəsgərlər və sıgınacaqmaketləri dərs zamanı şagirdlərə əyani göstərilir.

Divarda vətən uğrunda şəhid olan qəhrəmanların şəkilləri, müxtəlif silahlar, güllələr, hərbi rütblər asılıb.

Digər tərəfdə isə fərqli geyimlərdə olan əsgər maketləri yerləşdirilib. Görüntülər Mingəçevirdə 20 saylı orta məktəbin sinif otağındadır. Məktəbin çağrışaqədərki hazırlıq müəllimi Əli Abbasov özü düzəldiyi avtomat, süngü-bıçaq və digər maketlərlə diqqət çəkir. Fənnin tədris olunduğu otaq"Mülkü müdafiə" və "Gün növbətçisi" güşələri şagirdlər üçün maraqlı olur.

Çağrışaqədərki hazırlıq müəllimi 9-cu sinif şagirdləri ilə müxtəlif tutumlu sığınacaqların maketlərini də hazırlayıb. Burada müharibə zamanı necə qorunmaq, mövqe tutmaq açıq-aydın göstərilir. Silah və digər əsgər üçün lazım olan əşyaları taxta və başqa materyallardan hazırlanaması isə uşaqların təhlükəsizliyini təmin etməyə xidmət edir.

Təhsil ocağında maraqlı məqamlardan biri də hər bir sinifdə şəhərin milli qəhrəmanların, həmçin aprel döyüşlərinin iştirakçılarının foto şəkillərinin yerləşdirilməsidir./Xezerxeber.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26