Interposta.Info

Məşhur iş adamının dövlətə 679 min manat borcu var

Paradoks
 14-04-2023, 17:19     1 236

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni” MMC-nin külli miqdarda vergi borcu var.

Şirkətin bu günə olan vergi borcu 679 219.67 AZN təşkil edir.

"Avesta Konserni” MMC 18 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 320.00 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Nadirov Ayaz Ələsgər oğludur. O, 2021-ci ildən şirkətin qanuni təmsilçisidir.

"Avesta Konserni” MMC-nin ən iri layihələrdən biri Xəzər Adaları (Khazar Islands) olub. Bu, bir milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Layihənin maliyyə dəyəri 100 milyard dollar təşkil edirdi. Lakin Hacı İbrahim Xəzər Adalarını başa çatdıra bilmədi.

2015-ci ildə Beynəlxalq Bankla bağlı kredit qalmaqalında Hacı İbrahim Nehrəmlinin də adı hallanırdı. Həmin vaxt yayılan məlumatlarda iş adamının 850 milyon manat kredit borcu var.
Mənbə:qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26