Interposta.Info

“Avesta konserni” Xəzərdə batdı:

Ölkə
 4-01-2017, 11:05     2 461

“Avesta konserni” Xəzərdə batdı:
“Avesta” konserni prezidenti, sahibkar Hacı İbrahim Nehrəmlinin hara qaçdığı məlum olub

interposta.info bildirir ki, Politika.Az-a daxil olan məlumatlarda iddia edilir ki, iş adamı Avropada gizlənir.

Onun Beynəlxalq bank işində kreditləri gecikdirməsi, vitse-prezident istəyini dilə gətirməsi, ümumən İbrahimovların vurulması prosesi xaricdə sığınacaq axtarmasına gətirib çıxarıb. Məlumatda bildirilir ki, Hacı İbrahimi həbs təhlükəsi gözləyir.

Cəmiyyətə özünü Hacı kimi təqdim edən İbrahim İbrahimov bankdan götürdüyü kreditin 430 milyon manat olmasını təsdiqləs də, onun faizlərindən bir kəlmə də danışmadı.

Avesta Konserni” MMC-nin prezidenti indi də Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq sərmayə cəlb edilməsi ilə bağlı müqavilə imzalaması haqqında məlumat yayaraq növbəti şirin vədini verirdi.

Bu da yalan çıxdı. Çinli investorlar gəlmədi. Onun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulsa da, hansısa yolla aradan çıxa bilib.

Hacı İbrahim Avropada siyasi sığınacaq alacağı istisna edilmir.

“Xəzər adaları” layihəsinin iflas etməsi və külli miqdarda borcunun olması Azərbaycandan getməsi ilə nəticələnib. “Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”.

Bu sözləri “Basta” əməkdaşı ilə söhbətində Cavadov Etibar Məmməd oğlu deyib. Etibar Cavadov bildirir ki, “Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovla rəsmi müqavilə əsasında əməkdaşlıq edib.

“Ona nəqliyyat vasitəsilə göstərilən xidmət haqqında müqavilə əsasında körpü tikintisində istifadə olunan texnika - Bobkat vermişəm.

Sifarişə uyğun xidmət göstərilib. Ümumilikdə 10 500 manat pul almalı idim. Amma bunun bir hissəsi ödənilsə də, 3 000 manat borcu qalıb”, – Etibar Cavadov deyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26