Interposta.Info

İbrahim Nerəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara?

Manşet / Ölkə
 26-07-2017, 17:33     11 026

Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur və qalmaqallı iş adamı İbrahim İbrahimov təzə şirkət təsis edib

Daha doğrusu şirkət təzə qeydiyyatdan keçib, ancaq adı bir qədər köhnədir, yaxud Hacı İbrahim “ən yaxşı təzə elə yaxşıca unudulmuş köhnədir” prinsipindən çıxış edərək təzə şirkətinin adını köhnəsinə uyğunlaşdırıb.


Belə ki, Vergilər Nazirliyi “Avesta Group of Companies” MMC adlı şirkəti dövlət qeydiyyata alıb. Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda göstərilir. Şirkət bu l mayın 12-də qeydiyyatdan keçib, təsisçsi İbrahim İbrahimovdur, nizamnamə kapitalı 10 manatdır.

Hacı İbrahimin adında zərdüştiliyin, yəni atəşpərəstliyin müqəddəs kitabının adının həkk olunduğu şirkəti deyəsən təzə deyil axı?
Virtualaz.org-un məlumatına görə, onun “Avesta Concern” adlı şirkəti hələ ötən əsrin 90-cı illərinin ortalarında təsis olunmuşdu. Konsern deyəndə ağla ilk növbədə dünyanın iri sənayeçilərinin çoxprofilli nəhəngləri gəlir, lakin bizim hacının və onun “Avesta” konserninin fəaliyyəti ancaq tikinti ilə məhdudlaşırdı, tərkibinə tikinti ilə məşğul olan bir neçə MMC-lər daxil idi.
İbrahim Nerəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara?

“Avesta” konserni bəlkə də o qədər məşhurlaşmazdı, əgər Hacı İbrahimin fantastik “Xəzər adaları” layihəsi olmasaydı. Bu fantastik layihənin geniş reklamı sayəsində bir vaxtlar Hacı İbrahim özü və konserni az qala dünya ulduzuna çevrilmişdi. Nehrəmli İbrahim Xəzərdə süni adalar yaradıb onların üzərində 1 milyon adamın yaşadığı şəhər salmağı qarşısına məqsəd qoymuşdu. Və onu da qarşıya məqsəd qoymuşdu ki, bu adalardan birinin üzərində hündürlüyü 1 kilometrdən də çox olan “Azərbaycan Tower”i tikib onun penthausunda, yəni buludlardan da yuxarıda ömrünün qalan günlərini keçirəcək. Cəmi layihəyə xərclənəcək pullar isə doğrudan da fantastik idi, 110-130 milyard dollarlıq investisiyadan söhbət gedirdi.
İbrahim Nerəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara?


Amma sonradan bizim Hacının və “Xəzər adaları”nın başına nələr gəldiyi hamıya məlumdur. Mister İbrahimov bu layihəyə doğrudan da böyük pullar xərclədi, hətta ilk süni adanın üzərində yarımçıq da olsa bir neçə bina tikdi. Bu işlərə onun 1.2 milyard dollardan çox “xərclədiyi” məlumdur.
İbrahim Nerəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara?


Axırda isə bəlli oldu ki, Hacı İbrahim Beynəlxalq Banka yüz milyonlarla dollar borcludur, bankın pullarını batıranlardan da biri odur və bu ekstravaqant iş adamı Xəzərdəki süni adanın üzərində ucaltmağı planlaşdırdığı göydələnin penthausuna qalxmaq əvəzinə qaytarılmayan kreditlərə görə “Bandotdel”in zirzəmisinə enməli oldu. Orada Hacını xeyli incitdilər, amma pulları qaytarmaq mümkün oldumu? Axı pullar çoxdan Xəzərin dibindəydi…

“Bandotdel” müstəntiqlərinin apardıqları “profilaktik söhbətlər”dən sonra Hacı dəbdəbəli maşınlarını və mülklərini satıb borclarını qismən də olsa ödəməyə çalışdı, ancaq Bakıda tikinti bumunun səngidiyi bir vaxtda onun biznesi də geriləmişdi. Borclar isə altından çıxılacaq həddə deyildi.
İbrahim Nerəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara?

İndi isə İbrahim İbrahimov biznesini deyəsən yenidən təşkil etməyə çalışır. Çünki ötən ilin sentyabrında ona məxsus “Avesta Construction” MMC “Avesta Konserni” MMC-yə qoşulduğu üçün ləğv edildi. İbrahimovun “L.M.T.” MMC adlı şirkəti isə “Avesta Konserni” MMC-yə daxil olan “Həsən 96″ MMC-yə qoşulduğu üçün ikinci şirkət yenidən təşkil olundu. İndi isə İbrahimov “Avesta Group of Companies” MMC-ni təsis edib. Axı adında “Avesta” olan bir neçə şirkət Hacının nəyinə lazımdır? Özü də 10 manat nizamnamə kapitalı ilə…/Virtualaz.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26