Interposta.Info

Astarada kənd müəllimlərinin evli qadınla münasibəti üzə çıxmasın iddiya edən KƏND SAKİNLƏRİ AYAĞA QALXDI - VİDEO

Paradoks
 28-03-2023, 22:17     1 132

KƏND SAKİNLƏRİ AYAĞA QALXDI

Astarada kənd müəllimlərinin evli qadınla münasibəti üzə çıxması iddiya edilir

Astara rayon Motlayataq kənd sakinləri redaksiyamıza müraciət ediblər.


Müraciəti olduğu kimi təqdim edirik:

Sakinlər bildirir ki, Sarvan Qurbanov adına Motlayataq kənd orta məktəbin riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlu dəfələrələ kənddə əxlaqsızlıq etdiyi üçün kənd camaatının narazılığına və qəzəbinə baxmayaraq yenə bu çirkin əməllərdən əl çəkməyib.
Son olaraq belə hadisənin üstü 17 mart 2023-cü il tarixdə açılıb. Belə ki, Motlayataq kəndində evli bir qadının itkin düşməsi ilə əlaqədar xəbərlər yayılır və Astara rayon Polis İdarəsinə müraciət olunur. Polis araşdıran zaman məlum olur ki, həmin bu qadının Ramin Əliyev və həmin məktəbin hərbi hazırlıq müəllimi Məlikov Rauf ilə telefon danışıqları olub. Polis daha dərindən araşdırandan sonra məlum olur ki, Ramin Əliyevlə bunların əlaqəsi bir neçə ildir olduğu müəyyən olunur.
Hərbi hazırlıq müəllimi Məlikov Raufun bu kənddə ilk belə hərəkəti olsada da, riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlunun artıq 5-6-cı dəfədir ki, ayrı-ayrı evli qadınlarla əxlaqsızlıq üstündə tutulma hərəkətləri olub. Kənd camaatının dəfələrələ xəbərdarlığına məhəl qoymayan Ramin Əliyev yenə bu əxlaqsızlığı davam etdirir.
Kənd camaatının İnterPosta.info-ya ünvanladığı şikayət məktubunda oda bildirilir ki, Ramin Əliyev və Məlikov Rauf həmin məktəbdən uzaqlaşdırılsın. Kənd cammaatı bildirir ki, bu nalayiq hərəkətləri edən “müəllim” sabah orta məktəbdə qızlara qarşı da bu hərəkəti edə bilər. Sakinlər buna ciddi etirazını bildirirlər. Onu da qeyd edək ki, Ramin Əliyev həmin məktəbdə eyni zamanda Təlim Tərbiyə üzrə direktor müavinidir. Ləğv olunmuş Beynəlxalq Universiteti hər hansısa yolla bitirib. Dəqiq araşdırılsa bəlkədə diplomu saxta çıxar. Kənd camaatı bununla bağlı aidiyyatı orqanlardan kömək istəyir.
Valideynlər bildirir ki, övladlarını sözügedən məktəbə göndərməkdən imtina ediblər.
Bundan sonra məktəbə polis əməkdaşları və Təhsil şöbəsinin nümayəndələri gəlib.

Kənd sakinlərinin etdiyi iddiyalara aydınlıq gətirmək məqsədi ilə Astara rayon Motlayataq kənd orta məktəbin direktoru Mehman Muradovla əməkdaşlarımız əlaqə saxlayıb.
Mehman bəy bildirir ki, edilən iddiyalara görə, rayon polis idarəsində araşdırma aparılıb; adı çəkilən müəllimlərdən və kənd sakini olan qadından izahat alınıb. Edilən iddiyalar öz təsdiqini tapmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26