Interposta.Info

FHN-nin bağladığı YDM ilə bağlı ilginc faktlar - “ATF” MMC-ni Saleh Məmmədovla nə bağlayır? +VIDEO

Paradoks
 22-02-2023, 19:52     1 245

Göyçayda fəaliyyəti dayandırılan "Göyçay Petrol-A” MMC-yə məxsus yanacaqdoldurma (YDM) məntəqəsi barədə maraqlı məlumatlar əldə etmişik.

Qaynarinfo xəbər verir ki, YDM-in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Bildirilir ki, məntəqətədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.


FHN hesab edib ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək, faciəni qaçılmaz edəcək. Bu baxımdan, YDM-in fəaliyyəti dayandırılıb.

İndi isə keçək "Günəş Petrol-A” MMC barəsində əldə etdiyimiz yeni məlumatlara...

MMC 15 avqust 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Şirinov Kamil Kərim oğludur. Amma şirkətin sahibi "ATF” MMC-nin sahibləri olan Muradov qardaşlarıdır. Söhbət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarından gedir.
Yeri gəlmişkən, "ATF” şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir.

"ATF” MMC asfalt yolların inşası ilə məşğuldur və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti kimi tanınır. Saleh Məmmədov həm də şirkətin himayədarı kimi tanınır.

Şirkət əsasən bölgələrdə yol tikintisini həyata keçirir. MMC 2010-cu ildə 3.4 milyon, 2011-ci ildə 5.23 milyon, 2012-ci ildə 12.22 milyon, 2013-cü ildə 17.72 milyon, 2014-cü ildə 9.13 milyon, 2015-ci ildə 13.5 milyon, 2016-cı ildə 2.43 milyon, 2017-ci ildə 3.75 milyon, 2018-ci ildə 3.15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin "qalibi” olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.

"ATF” MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin "qalib”i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.

Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.


Saleh Məmmədov

Məlumata görə, Saleh Məmmədov 17 saylı Yol İstismar İdarəsinə Azad Muradovun oğlu Tehran Muradovu təyin edib. Bu fakt da AAYDA-nın rəhbəri ilə şirkət arasında bağlılıq olduğuna şübhələri artırır.

"ATF”in sahiblərindən olan Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, ATF şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb./https://qaynarinfo.az/az/fhn-nin-bagladigi-ydm-ile-bagli-ilginc-faktlar-atf-mmc-ni-saleh-memmedovla-ne-baglayir-1

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26