Interposta.Info

48000 manat yeyinti olduğu iddia edilən məktəbdə şagirdlərin həyatı təhlükədə, şagirdlərin başında BİT var? + VİDEO

Paradoks
 12-12-2022, 11:10     643

Şəhid adı daşıyan otra məktəb də, 600-dən çox şagirdin həyatı təhlükədə!

Elim və Təhsil Naziri Emin Əmrullayevin xəbər yoxdur bu məktəbdən?

Sabrabad rayon Şəhriyar kənd sakinləri 48 min manat yeyinti olduğunu iddia etdikləri şəhid Məlik Məlikov adına məktəbdə şagirdlərin həyatı təhlükədə olması ilə yanaşı, antisanitariya səbəbindən kütləvi olaraq uşaqların başında bit də olduğunu deyirlər.

Şəhriyar kənd sakinləri onuda bildirir ki, qəzalı olan kənd məktəbi insana cəngəlliyi xatırladır, təhsil ocağından burada əlamət yoxdur, məktəb vəhşi heyvanların oylağına çevrilib.

Valdeyinlər onuda qeyd edirlər ki, XXI əsirdə məktəbin sanitar qovşağı yoxdur.-yəni tualeti.

Taxtadan tikildiyini, tamamilə yararsız durumda olduğunu deyən qız ataları övladlarının orta məktəbə getməməsinin səbəblərindən biri kimi vurğulayırlar. Buda istəmədən təhsildən uzaqlaşmaq deməkdir!

Şəhid Məlik Məlikovun adını daşıyan Şəhriyar kənd Tam Orta Məktəbin və şagirdlərin problemləri tək bununla da bitmir.
Məktəbin istilik sisteminin olmaması ilə yanaşı şagirdlərin təhsil alması üçün metodik vəsaitlərdə çatışmır.

Məktəbin istilik sisteminin borularının sökülüb satıldığını deyən kənd sakinləri hüquq mühafizə orqanlarından xahiş edir ki, məktəbin fəaliyyətini araşdırsınlar.

Eyni zamanda Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə də, müraciət edirlər.


Valdeyinlərin səsləndirdiyi fikirlərə aydınlıq gətirmək məqsədi ilə Mil-Muğan Regional Təhsil idarəsi, Sabirabad rayon təhsil sektorunun müdiri Mahir Zahidovla əlaqə saxlamaq istədik. Amma bu mümkün olmadı, Mahir bəyə dəfələrlə zəng vurmağımıza baxmayaraq, telefona cavab vermədi.

Yenədə qarşı tərəf məsələyə aydınlıq gətirmək istəsə İnterPosta.info media qurupu olaraq dinləməyə hazırıq.

Daha ətraflı vətəndaşların dilindən eşidək:









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26