Interposta.Info

Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edib qadının evin əlindən alır? - VİDEO

Paradoks
 5-12-2022, 20:15     668

Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edib?

Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2-də yaşayan Hüseynova Lətafət Əflatun qızı redaksiyamıza müraciət edib.

Hüseynova Lətafət iddiya edir ki, Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edib.

Şikayətçinin müraciətin olduğu kimi təqdim edirik:


Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edərək çıxardığı qanunsuz qətnamə əsasında mənim və qızımın həyatı ciddi təhlükə altındadır.

Belə ki, mən və 24 yaşlı qızımın Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 ünvanda yaşamağımıza bir neçə il əvvəl qətnamə çıxarılıb.

Hansı ki, həmin evə 1996-cı il tarixdə gəlin gəlmişəm burada bir qızım dünyaya gəlib.

Həyat yoldaşım uzun müddətdir ki, bizi atıb Rusiya Federasiyasına gedib.

Hakim İbrahim Fəttahov sonradan həmin ünvanda yerləşən 1 otaqlı evə Rəfiyev Taleh Tacir oğlunun köçürülmsəinə dair qətnamə çıxarıb.

Guya həmin evi Taleh Rəfiyev adlı şəxs alıb. Hansı ki, Taleh Rəfiyev mənim qaynanamın vəkili olub.

Onlar danışıb razılaşıb belə saxtakarlıq yolu ilə bizi bezdirib bu evdən çıxarmaq istəyirlər.Bir otaqlı evdə mənim 24 yaşı qızmın və digər yad bir kişinin yaşaması necə mümkün ola bilər ?

Bu dünyada analoqu olmayan qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib xahiş edirəm qanunsuz qətnamə çıxarmış Göyçay raypn Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz.

İnterPosta.info Hüseynova Lətafət Əflatun qızının video müraciətin təqdim edir:



Qarşı tərəfi dinləməyə hazırıq.

Vətəndaşla əlaqə tel; 050 675-30-45

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26