Interposta.Info

Səs yazısı yayılan 45 saylı məktəbin direktoru cəzalandırıldı - VİDEO

Paradoks
 1-10-2022, 22:42     1 344

Direktoru cəzalandırıldı

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.



İnterPosta.info Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun yayılmış səs yazısında təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26