Interposta.Info

Bakıda 30-a yaxın məktəbin direktoru dəyişdirildi

Müxtəlif
 6-10-2017, 15:08     9 105

"Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub"

interposta.info Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək, qanunvericiliyin tələblərini pozublar.

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsi böyük kollektivin fəaliyyətindən asılıdır", - M.Vəliyeva əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26