Interposta.Info

Kapital Bank vətəndaşın çörək pulun əlindən alıb? - ailə acdır!../VİDEO

Paradoks
 25-08-2022, 12:47     1 814

Kapital Bank vətəndaşı ac qoyub?

"İnterPosta"nın məlumatına görə, Zəngilan rayon Məmmədbəyli kənd sakini Mirzəyeva Nərgiz Allahverdi qızı Media TV bildirib ki, evdə yeməyə çörək yoxdur.
Buna səbəb Kapital Bankın özbaşınalığıdır.


Onun verdiyi məlumata görə digər vətəndaşlar kimi, oda Kapital Bankdan kredit götürüb və hər ayda öz razılığı ilə onun əmək haqqı kartından kredit borcu cədvələ uyğun tutulur.

Amma, bu dəfə Kapital Bank daha "çevik əməliyyat" apararaq dövlət ona məcburi köçkün kimi, təyin etdiyi çörək pulun bütövlükdə tutub-yəni 60 manatın hamsını.

Mirzəyeva Nərgiz tələb edir ki, onun çörək pulu geri qaytarılsın, evdə çörək almaq üçün pulu yoxdur-ailəsi acdır.

Hörmətli Kapital Bank insanların ümüdünü ala biləsi olduğu yavan çörəyin pulu kimi kəsdiniz!

Sosial təyinatlı müavinatlardan kredit borcunu tutmaq konstitusiyanın hansı maddəsinə əsasən icazə verilir?

İnterPosta.info olaraq Nərgiz xanımın etdiyi iddialara görə qarşı tərəfi dinləməyə hazırıq.

Daha ətraflısı video materalda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26