Interposta.Info

Cavanşir Feyziyevin Böyük Britaniyadakı bank hesabları buna görə dondurulub - FOTO

Paradoks
 18-04-2022, 18:00     2 505

Milli Məclisin deputatı Cavanşir Feyziyevin mülkündən yeni xəbər var.

İnterPosta.info
xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat haqqında məlumat yayıb.

Bloomberg Agentliyinin iddiasına görə, çirkli pulların yuyulması ilə əlaqədə şübhəli bilinən azərbaycanlı siyasətçi Londonda 26,5 milyon funt-sterlinqə (34,5 milyon dollar və ya 58.3 milyon manat) iki dəbdəbəli iqamətgah alıb, məhz buna görə onun ailə üzvlərinin Böyük Britaniyadakı bank hesabları Krallıqda araşdırılıb və vəsaitləri dondurulub.
Söhbət Milli Məclisin deputatı Cavanşir Feyziyevdən gedir.
Qeyd olunur ki, Feyziyev 2019 və 2020-ci illərdə eksklüziv Chelsea Barracks kompleksindəki mənzilləri öz adına alıb.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26