Interposta.Info

İsmayıllı meşələrində "yaşıl soyqırımı": Araşdırma aparılacaq (FOTO/VİDEO)

Paradoks
 1-04-2022, 17:28     466

İsmayıllı rayonu Qurbanəfəndi və Zeyvə kənd sakinləri Ceyhun Qurbanovla Xəlil Xəlilli İsmayıllı meşələrində "yaşıl soyqırımı"n həyata keçirildiyini iddia edir.

Ceyhun Qurbanov Qaynarinfo-ya bildirib ki, meşələrdə palıd, qovaq ağacları kəsilərək yeşik sexlərinə verilir.

"Təsəvvür edin, mən meşədə qurumuş, çürümüş 1-2 ağac kəsmişəm. Evimə odun aparmaq üçün. Məndən 500 manat pul istədilər.
Vermədim, cərimələdirlər. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiayaya qarşı Mübarizə İdarəsinə ünvanlamışam, nəticə yoxdur. Amma meşələri qıranlara heç kim heç nə demir. Bu işin başında 6 saylı regional Ekologiya İdarəsinin rəisi Akif Məmmədov dayanır. Mənim şikayətlərimdən sonra 1-2 nəfər göndəriblər, formal araşdırma aparıblar. Amma yenə də işbazlar öz işindədir” deyə Ceyhun Qurbanov bildirib.

Xəlil Xəlilli isə bildirib ki, meşədən quru ağac topladığına görə ondan 300 manat rüşvət tələb olunub:

"Dedim 50 manat verə bilərəm. Razılaşmadılar, məni də cərimələdirlər”.

Hər iki vətəndaş bu gün Prezident Administrasiyasında olublar: "Qəbula yazıldıq, birinci gün bizi qəbul edəcəklər".

Qaynarinfo vətəndaşların şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məsələ hərtərəfli araşdırılacaq.

Ceyhun Qurbanovun baş verənlərlə bağlı videomürciətini təqdim edirik:






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26